İran Hörmüz boğazında gəmiləri vura bilər | VİDEO

   İran Hörmüz boğazında gəmiləri vura bilər     | VİDEO
  23 İyun 2025    Oxunub:668
İran Hörmüz boğazından keçən gəmilərə “raket atmağa” başlaya bilər.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin dərc etdiyi materialda belə ehtimal səsləndirilir.

"Seçimlərdən biri kiçik, sürətli patrul qayıqları ilə daşımalara təcavüz etmək olardı. Yaxud sahilyanı və ya daxili ərazilərdən gəmiləri PUA-lar və raketlər vura bilər. Bu, körfəzdən keçidi ticarət gəmiləri üçün çox riskli edə bilər”, - agentliyin məlumatında deyilir.

“Bloomberg” yazır ki, İranın Hörmüz boğazından gəmilərin daşınmasını əngəlləmək üçün heç bir qanuni səlahiyyəti yoxdur, ona görə də Tehran bunu “güc yolu ilə və ya güc təhdidi ilə etməli olacaq”.

İran Hörmüz boğazını bağlayır - Parlament razılıq verdi
Agentliyin qiymətləndirməsinə görə, İran donanması boğaza girişi bağlamağa cəhd göstərsə, çox güman ki, əsas bazası Manamada (Bəhreyn) yerləşən ABŞ-nin Beşinci Donanmasının “sərt cavabı” ilə üzləşəcək.

Xatırladaq ki, İran mediası artıq ölkə parlamentinin Hörmüz boğazının bağlanmasına razılıq verdiyini yazıb. Lakin bu barədə yekun qərar vermək səlahiyyəti İranın Ali Milli Təhlükəsizlik Şurasına məxsusdur.

Dünya neft nəqlinin, demək olar ki, 20%-i məhz Hörmüz boğazından keçdiyi üçün onun bağlanması yalnız Yaxın Şərq ölkələrinin iqytisadiyyatına yox, bütövlükdə dünya iqtisadiyyatına ciddi təsir göstərəcək.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İran   Hörmüz   gəmilər  



Xəbər lenti